Müsahibimiz ANS-in xarici və regional xəbərlər departamentinin rəisi Sevinc Osmanqızıdır.

Vaxtilə BBC radiosunda çalışan beynəlxalq səviyyəli jurnalist indi də ANS-in əməkdaşı olaraq dünyanın xəbər liderlərindən olan CNN telekanalı üçün Azərbaycan haqqında reportajlar hazırlayır. 24 yaşında Azərbaycan Xarici İşlər Nazirliyində 3-cü katib işlədikdən sonra 6 il Britaniyada jurnalist fəaliyyəti göstərib. Azərbaycana qayıtdıqdan sonra 8 il ABŞ-ın Azərbaycandakı səfirliyində çalışıb. Belə mötəbər qurumlardan sonra ANS-ə gəlişini həyatı boyu özü üçün atdığı nadir addımlardan biri hesab edir. ANS-ə yolunun uzun olduğunu deyir, hətta BBC-də işləyəndə ürəyinin ANS-lə vurduğunu etiraf edir. Elə ANS-in özü kimi vətənpərvərdir, müstəqildir. Bütün bunlarla yanaşı özünü tipik Azərbaycan qadını hiss edir. Daxilən içindəki mühafizəkar Sevinclə dünyəvi düşüncələrə sahib Sevinc Osmanqızının mübarizə apardığını deyir. Bir xanım olaraq bu mübarizədən adətən mühafizəkar Sevinc qalib çıxır.

Azərbaycan-ABŞ Jurnalistika Akademiyasının direktorudur. WMW – Azərbaycan Qadın Jurnalistlər Birliyinin sədridir.

-Dünyanın xəbər liderlərindən olan CNN telekanalından bütün dünyaya Azərbaycanı tanıdırsız. Bəs hansı həqiqətimizi dünyaya çatdırmaq istəməzdiniz?
… (red.Susur, deyəsən suala cavab vermək istəmir.)
Bilirəm, mənfi tərəflərimizi səsləndirmək istəmirsiniz. Amma bu sualı sizə verməyə bilməzdim.

-Çox yaxşı sualdır. Səmimi ola bilməyəcəyim məsələlərə baş vurmuram. Bu, doğrudan da, bir dilemmadır. Bir tərəfdən vətənpərvər vətəndaş olmaq, digər tərəfdən də peşəkar jurnalist kimi olanı demək.. Mən pafoslu sözlər xoşlamıram, amma əgər öz işimlə Azərbaycana az da olsa, dost qazandıra bilirəmsə, bunu özümə şərəf bilirəm. Mənə Amerikadan, Avropadan tanıdığım adamlardan məktublar gəlir, yazırlar ki, təsadüfən sənin materialını izlədik. Hətta bir amerikalı yazır ki, bilirsənmi sənin elədiklərin sizin ölkəyə-Azərbaycana nə qədər dost qazandırır? Mənim üçün ən böyük mükafat elə budur. Bilirəm ki, Azərbaycanda əksəriyyət CNN, BBC-ni tanımır. Çalışıram ki, göstərdiklərimiz haradasa kiminsə qəlbinin zəngini çalsın, müsbət assosiasiya yaratsın. Əslində hər şey siyasətdir və heç nəyi siyasət saymamaq olar. Mənim atamın (red. jurnalist-publisist Osman Mirzəyev) bir sözü vardı, “Nə olursa-olsun, jurnalist öz simasını qoruyub saxlamalıdır”. Mən də elədiklərimi öz vicdanımın süzgəcindən keçirib edirəm.

-Azərbaycandan mövzuları siz təklif edirsiniz, yoxsa sizə təklif edirlər?
-Bu, ikitərəfli yoldur. Məsələn, BBC-də Zeynalabdin Tağıyevdən veriliş getdi. Məndən qeyri-adi insan taleləri istənilmişdi. Başmaqçı ailəsində dünyaya gələn, həyatını yenə də yoxsul kimi başa vuran milyonçu Tağıyevin tarixçəsi dərhal bəyənildi. Bu cür adamları tanıtmaq lazımdır.

-Çingiz Mustafayevdən hazırladığınız veriliş erməni diasporunun güclü müqavimətinə rast gəldi.
-Mən bunu gözləyirdim. CNN rəhbərliyinə 70 000-ə yaxın etiraz məktubu göndərildi. Hər yerə müraciət edirdilər ki, veriliş efirə verilməsin. Lakin bunun heç bir nəticəsi olmadı. Veriliş jurnalistika standartlarına cavab verirdi. Mən sevinirəm ki, tale mənə bu cəsarətli insan haqqında CNN auditoriyasından danışmağı qismət etdi. Bu, mənim ən sevdiyim reportajlardandır.

-Azərbaycan-ABŞ Jurnalistika Akademiyasında jurnalistikadan dərs deyirsiniz. Əslində tam demokratiya heç bir yerdə yoxdur. Sizcə, söz azadlığı bizdə hansı səviyyədədir?
-Məncə, mətbuat azadlığı, azad sözə hörmət ümumi mədəniyyətin ayrılmaz parçasıdır. Əlbəttə ki, söz azadlığı anlayışı bölgədən-bölgəyə fərqlənir. Biz bir-birimizə qarşı nə dərəcədə dözümlüyüksə, azad fikrə də o qədər tolerantıq. Məsələn, Britaniya XII əsrdən bəri demokratiya ənənəsi olan ölkədir. Bu onlar üçün çoxdan keçilmiş mərhələdir. Biz hələ bu il müstəqilliyimizin 20 illiyini qeyd edəcəyik. 20 il tarixdə heç nədir. 900 illik tolerantlıq ənənəsi olan Britaniya və 20 illiyini qeyd edən Azərbaycan. Əlbəttə, BBC-də mən o fərqləri görəcəm, əlbəttə ki, şok yaşayacam. Bu, siyasi azadlıq şoku deyil, demokratiya ənənəsi, mədəniyyət şokudur.

-Çox gənc yaşlarından Xarici İşlər Nazirliyində, İngiltərənin BBC radiosunda, ABŞ-ın Azərbaycandakı səfirliyi kimi mötəbər qurumlarda çalışmısınız. Sizi ANS-ə nə gətirdi?
-ANS-ə yolum əslində uzun olub. ANS mənim üçün tunelin ucunda bir işıq olub. Mənim üçün ANS-in varlığı vətənpərvərlik məsələsidir. Baxın, ANS bütün post-Sovet məkanında ilk özəl televiziyadır. İş elə gətirib ki, ANS-ə efir lisenziyasını imzalayan mənim atam, Osman Mirzəyev olub. Mən bununla iki qat qürur duyuram.

Odur ki, məmin ürəyimdə ANS-in həmişə xüsusi yeri olub. Mən BBC-də işləyəndə də partnyorumuz ANS idi və bu da təsadüfi deyildi. Mən ANS-dən uzaq olanda da onu özümə yaxın bilmişəm, ilk növbədə paylaşdığımız ümumi dəyərlərə görə. Bütün bunlara baxmayaraq, Amerika səfirliyindəki vəzifəmi buraxıb, mən orada mətbuat şöbəsinin rəhbəri işləyirdim, ANS-ə gəlməyim məndən xüsusi bir cəsarət tələb edirdi. Bir nəfər də tapmadım mənə desin ki, sən ağıllı hərəkət edirsən. Hamı deyirdi ki, adam bu cür işi atıb getməz. Mənim səfirlikdən ayrılmağım 6 həftə sürdü.

-Peşman deyilsiniz?
-Bu mənim ürəkdən istədiyim bir addım idi. ANS-ə, televiziyaya gəlməyim mənim həyatda eqoistcəsinə özüm üçü etdiyim nadir işlərdən biridir. Düşündüm ki, həyat, doğrudan da, çox qısadır və mən başqalarının rəyi ilə oturub-durmamalıyam. Hesab edirəm ki, mənim ictimai xeyirlilik əmsalım ANS-də daha yüksəkdir. Bütün maddi əskikliklərə baxmayaraq, mən burada Azərbaycana daha çox xeyir verə bilirəm. (gülür və əlavə edir red.) Amma bəzən maaşım üçün darıxıram…

-Tipik Azərbaycan qadınını necə xarakterizə edərdiniz?
-Sözün düzü məndən Azərbaycan qadınını xarakterizə istəyəndə bunu eləmək istəmirəm. Mənim Azərbaycan qadınlarına ürəyim yanır. Avropalı, amerikalı qadını təsəvvür etdikdə öz hüquqlarını, qədrini bilən, mübariz, həyatdan zövq almağı bacaran bir qadın görürəm. Tipik Azərbaycan qadını deyəndə fədakar, cəfakeş, özünü, karyerasını ailəsinə, həyat yoldaşına qurban verən çox savadlı, ziyalı bir qadın düşünürəm. Ona görə də bu gün hökumətdə bir nəfər də olsun qadın nazir yoxdur…

-Siz də iki oğul anasısınız, özünüz tipik Azərbaycan qadınından nə ilə fərqlənirsiz?
-Qətiyyən heç nə ilə fərqlənmirəm. Mən bəzən öz düşüncə tərzimə, öz sözlərimə kənardan qulaq asanda dəhşətə gəlirəm ki, doğrudanmı mən belə düşünürəm? Əslində mən daxilən, təhtəlşüurumda çox mühafizəkaram. İçimdə daima əkizlərin davası gedir. Ola bilsin bu mənim bürcümdən irəli gəlir. Mən həm əkizlər, həm də xərçəngəm. Dəhşətli dərəcədə mühafizəkaram. Özüm də buna təəssüflənirəm. Kaş ki belə olmayaydım. Amma başqa cür olmaq üçün yenidən doğulmalıyam.

-Cəmiyyətimizdə çatışmayan nədir?
-Mən istəyərdim ki, bizim cəmiyyətdə Allaha inam olsun. Allahlı cəmiyyətdə inkişaf da olur. Bəzən özümü müsəlman ölkəsində yox, cəngəllikdə hiss edirəm. Digər tərəfdən, biz hələ də “kimsən?” cəmiyyətində yaşayırıq, adamlara özləri və işlərinə görə deyil, mənim üçün kim olmasına görə qiymət veririk. Diqqət yetirin, Qərbdə tanış olanda qarşısındakından nə işlə məşğul olması ilə maraqlanırlar. “Mən jurnalistəm, radioda işləyirəm”, və s…Bizdə isə nişan verirlər ki, kimlərə qohumluğu çatır, kimlərdəndirlər…

-Xilas yolu nədədir?
-Böyük həmişə uzaqdan görünür. Xalçaya yaxından baxanda onun ayrı-ayrı ilmələrini görürsən. Uzaqdan baxdıqda isə möhtəşəm bir sənət əsərinin şahidi olursan. Mən indi sizin birinci sualınıza qayıtmaq istəyirəm, Azərbaycandan nələri demək istəməzdim? Çox şeyi! Amma eyni zamanda bizim o qədər yaxşı tərəfimiz, göstərməli, deməli sözlərimiz var ki. Qoy pisimizi başqaları desin. Onsuz da deyirlər, heç olmayanı da boynumuza qoyurlar.

-Ən zəif nöqtəniz?Özünüzə görə ən böyük çatışmayan cəhətiniz?
-Zəif cəhətlərim çoxdur. Hər şeyi ürəyimə yaxın buraxıram. O cümlədən biznesi, işgüzar əlaqələri də. Çalışıram boş verməyi bacarım. (gülür .red) Çoxdur, hansını deyim.

-İnsanlarda hər şeydən öncə nəyə diqqət yetirirsiz?
-Danışığa. Deyirlər, qadınlar qulaqları ilə sevir, mənim üçün doğrudan da belədir. Mənə görə insanın nitqi onun haqqında bütün məlumatları verir. Ən çox da başqaları haqqında danışanda ilk növbədə özümüzdən danışmış oluruq. Bizim üçün müqəddəs nədir, dəyərlərimiz, niyyətimiz və s.

-Azərbaycan Qadın Jurnalistlər Birliyinin sədrisiniz. Birliyi yaratmaqda məqsədiniz nə idi?
-Yarandığı gündən bu birliyin məqsədi jurnalist qadınlarımıza bir inam aşılamaqdır ki, qadın jurnalist olaraq biz çox böyük silaha sahibik. Biz səsi olmayanların səsiyik. Biz bizə ehtiyacı olanların səsini eşitdirməliyik.

-Kitab yazmaq ehtiyacı duyursuzmu? Sualı ona görə verirəm ki, zəngin müşahidə qabiliyyətiniz və təxəyyülünüz var. Belə insanlar öz hisslərini kağıza köçürmək ehtiyacı duyurlar.
-Nə vaxtsa yazacam. Amma bunun üçün mənəvi haqqı qazanmaq, Azərbaycan üçün xeyli xeyirli işlər görmək lazımdır. Mən belə hesab edirəm…

.

Vinston Çerçildən sonra Margaret Taçer İngiltərənin iyirminci əsirdə həqiqətəndə ən parıldiyan səyasi figurasıdır .

İngiltərənin səyasi partiyalarının birisinin qadin lideri olaraq Taçer 16 il ( 1974 – 1990) mühafizəkar və yaxud konservator partiyasmnmn sədrində fəaliyyət edib, 1979 da İngiltərənin baş naziri seçilib və bu vəzifədə birinci qadın olaraq, 11 il çalışdı.

Taçer gəncliyində atasının ərzaq dükanında işləməklə azad bazarın qaydalariyla taniş olub sonralar kimiya və huquq bölgələrində təhsil alib, onun səyasi həyatında ona ömrünün sonunadək maliyə və ruhu cəhətdən ən böyük dəstək verən Düni Taçerlə ayilə qurdu.

Taçer iş başına gələndə İngiltərənin səyasi ictimayi və ələlxusus iqtisadi vəziyyəti çətin problemləri yaşıyırdı. Işsizlik, mühacirlərin İngiltərəyə tökülməsi, irqiçi dəstələrinin yaranmasi, İrləndiya istiqlalçilarının bomba qoymaları, İngiltərənin Avropa Birliyiylə çətin anlaşilmasi və Falklənd adalari haqda Arjantiniylə müharibə imkanı Taçerin qarşısında durub həl yolu gözləyirdilər.

Daxili səyasət çərçüvəsinin əvvəlinci addımında, Taçer tam gücünü ölkənin iqtisadi həyatında dövlətin rolun silmək və dövləti firma və kompaniyalari xususulaşdirma və xarici kapitallari cəlb etməyə qoydu.

Onun iqtisadi səyasəti nəticəsində ildə bir milyard pond zərər verən və istehsali avropanın kompaniyalarinin istehsalinın yarısındanda az olan Britiş Stil kompaniyasi Avropanın ən böyük dəmir kompaniyasina çevirildi. Eləsidə İngiltərənin ən boşlu kompaniyasi olan Britiş Eyr Veyz xususu olma və əksiyalari satılmeyla dünyanın ən taninmış və ən mənfətli hava yoliyla daşıma vəsilələri siyahısında yerləşdi.

Taçerin daxili səyasətin xülasə etmək içün onun 1975də nütqünün bir balaca bölgəsi bəs edər : « Hər insanın necə istədiyi işləməyə, gəlirini necə istədiyi kimi işlətməsi, öz mülkünə yiyə olma və dövləti öz aqasi yox bəlkə işçisi kimi yanında görməyə haqqı var. Bunlar İngiltərənin mirası və azad bazarın əsl və gərək prinsipləridir və başqa azadlıqlarda bu azadlıqa baqlıdır. »

Taçer Brikston kimi sənəti və işçi oturan şəhərlərində 55 fayıza yetişən bekarçılıq və xalqı əyaqa qaldiran bekarçılıqla mübarizə aparmaq içün yerində bir sira qanunlar və eləsidə səndikaya üzv olmayan işçiləri işdən məhrum edən səndikaların imtiyazların ləgv etməiylə İngiltərə tarixində işsizlərin sayın ən çox azaltma rikordun eldə etdi.

Xarici sıyasət sahəsində Taçerin Falklənd adaları üstə Arjantiniylə müharibəyə girmə və müharibəni 3 həftədə utması xalqın onun səyasətində rizayətinin artirmasına səbəb oldu.

Amma Taçeri təkcə İngiltərənin digər baş nazirlərindən yox bəlkədə Avropanın tam liderlərindən seçilməsinə izn verən və onu tarixdə yaddaştda qalan bir figuriya çevirən, Avropa birliyin diz üstə çökürdən və Avropa birliyinin büdcəsinə iştirak etmə məqsədiylə İngiltərənin verdiyi pulların geri qaytarmasıdı. Onun vuruşmasi nəticəsində Avropa birliyi 1984 də İngiltərənin verdiyi və birlikdən aldıqı maddi yardımların çəkisi bir olduqu haqqda qərar qəbul etdi.

1976 inci ildə savet ittifaqının « Qızil ulduz » gazeti Taçerin anti komunist movqiyyəti gora və onu beynolxalq ictimaiyyətində gözdən salmasi içün ona « Dəmir Xanım » ləqəbəsi verdi. Taçerin səyasətinin görkəmli nəticələri və Avropa birliyi qarşısında dayanmasi bu ləqəbi əksinə bir alqişa çevirib göstərdi ki həqiqətəndə bu ləqəb Taçera yaraşan və tarixə tapşırılan bir alqişiydi.